Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirən Rusiya, qonşu ölkənin enerji infrastrukturuna zərbələri yenidən başlatdı və bununla da dörd gün əvvəl elan edilmiş "enerji atəşkəsini" pozdu.
Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, ötən gecə Rusiya qoşunları Xarkov, Sumı, Dnepropetrovsk və Çerkasy vilayətlərindəki enerji obyektlərinə hücum edib.
Bu barədə Ukrayna Energetika Nazirinin birinci müavini Artem Nekrasov Kiyevdə keçirilən brifinqdə bildirib.
Nekrasov qeyd edib ki, zədələnmiş enerji obyektlərində bərpa işləri davam edir və enerji şəbəkəsinin sabit işləməsini təmin etmək üçün bütün mümkün tədbirlər görülür. Nazirliyin məlumatına görə, Kiyevdə və Kiyev bölgəsində də güc çatışmazlığı davam edir. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsi elektriksiz qalıb.