Moskvada meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.
Herbiand.az xəbər verir ki, Rusiyada virusun ilk aşkarlandığı xəstə ölkə daxilində yoluxub və hazırda Domodedovo Xəstəxanasında təcrid olunub.
Onun tanışı olan kişi oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. Lakin diaqnoz hələ təsdiqlənməyib.
Virusa yoluxanla təmasda olan üçüncü şəxslə isə əlaqə itib. O, virusa yoluxmuş kişi ilə təmasdan sonra yoxa çıxıb. Hazırda Moskva vilayətində meymunçiçəyi xəstəliyinə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır.