İspaniyada azyaşlıların sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulacaq.
Herbiand.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez danışıb.
“Uşaqlarımız tək hərəkət etməməli olduqları bir fəzaya məruz qalır. Biz buna daha artıq göz yuma bilmərik”,- Sançez vurğulayıb.
O, digər Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən ilk ölkə olub.