Advertisment

Amerika qoşunları Kalininqrad yaxınlığında təlim keçiriblər

Amerika qoşunları Polşanın Bemovo-Piski təlim poliqonunda Bradley piyada döyüş maşınlarının iştirakı ilə döyüş atışları keçiriblər. Poliqon Rusiyanın Kalininqrad vilayətindən 60 kilometr aralıda yerləşir.

Herbiand.az bu barədə Military Watch Magazine nəşrinə istinadən xəbər verir.

“Təlimlər güc nümayişinin göstəricisi idi”, - nəşrin yazdığı məqalədə deyilir.

Qeyd olunub ki, ABŞ zirehli texnika donanmasını təkmilləşdirməyə və Rusiya ilə Belarus sərhədləri yaxınlığında mövcudluğunu gücləndirməyə davam edir.

Bəxtiyar CƏFƏRLİ