Advertisment

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

“Azərbaycan hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.