Advertisment

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

Herbiand.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarayev Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.