Advertisment

“NATO qoşunları sülh bağlandıqdan dərhal sonra Ukraynada olacaq” - Rutte

Xarici qoşunlar sülh müqaviləsi bağlandıqdan dərhal sonra Ukraynada peyda olacaq.

Herbiand.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ukrayna Ali Radasında çıxışında bildirib.

“Sülh müqaviləsi bağlanan kimi silahlı qüvvələr, havada təyyarələr və NATO-da razılığı olanların dəniz dəstəyi dərhal Ukraynada peyda olacaq”, - Rutte deyib.

Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte bu gün Kiyevə gözlənilməz səfər edib.

Bəxtiyar CƏFƏRLİ