Advertisment

Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

Herbiand.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.