Son günlərdə Gürcüstandan 85 nəfər əcnəbi deportasiya olunub.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Kot-d'İvuar, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çin vətəndaşlarıdır.
Mövcud qanunvericiliyə uyğun olaraq əcnəbilərin Gürcüstana girişi qadağan edilib.