Advertisment

“KQB SSRİ-nin dağılmasının qarşısını ala bilmədi, çünki xəyanət gözləmirdi” - Senator

Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını ala bilmədi, çünki ölkə rəhbərliyində heç kim xəyanət gözləmirdi. Federasiya Şurasının üzvü, senator Vladimir Cabarov KQB-nin ölkənin dağılmasının qarşısını ala bilməməsini belə izah edib.

Herbiand.az bildirir ki, onun sözləri Telegram-da dərc olunub.

Senator xatırladıb ki, KQB birbaşa Sov.İKP MK rəhbərliyinə hesabat verirdi və dövlət maraqlarına xəyanət komitə üçün sürpriz oldu. Cabarovun fikrincə, ölkənin dağılmasında birbaşa iki nəfər məsuliyyət daşıyıb: “İndi aydındır ki, Birliyin parçalanmasında iki nəfər birbaşa iştirak edib. Bir tərəfdən, Qorbaçovun yenidənqurma üçün aydın planı yox idi. Digər tərəfdən, Yeltsin hakimiyyətə çox can atırdı”.

Bəxtiyar CƏFƏRLİ