Ukraynanın müharibəni payızdan əvvəl - noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən əvvəl bitirmək şansı var.
Herbiand.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu SkyNews-a verdiyi müsahibədə bildirib.
Ukraynanın sülhə nail olmağa nə qədər yaxın olduğu soruşulduqda, o, noyabr ayında keçiriləcək ABŞ ara seçkiləri ilə indiki vaxt arasında "fürsət pəncərəsi" olduğunu cavablandırıb.
"Hazırda, düşünürəm ki, şansımız var... Bu, növbəti bir neçə aydan, payızdan əvvəl müharibəni bitirmək şansımızın olub-olmamasından asılıdır. Əgər sülhə nail ola bilsək, onda bu fürsət pəncərəmiz var. Bu pəncərə artıq açıqdır", - deyə o bildirib.