Ukraynanın müdafiə naziri Mixail Fedorov Rusiyanın hücumlarından qorunmaq üçün Patriot hava hücumundan müdafiə sistemləri üçün ballistik raketlərin istehsalını sürətləndirmək niyyətində olduğunu açıqlayıb.
Herbiand.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Müdafiə nazirinin sözlərinə görə, Kiyev təcili olaraq hava hücumundan müdafiə imkanlarına ehtiyac duyur və ballistik raketləri dayandırmaq üçün nəzərdə tutulmuş avadanlıqların istehsalını sürətləndirmək üçün tərəfdaşlarla birgə konsorsiumlar yaratmağa çalışır: “Ukrayna ballistik və raket əleyhinə sistemlərin müstəqil istehsalı üçün əhəmiyyətli potensiala malikdir. Bunun üçün ixtisaslaşmış layihə tələb olunur - hesablamalar mürəkkəbdir və vaxt tələb edir. Lakin Ukrayna öz imkanlarını inkişaf etdirməlidir”.
Bəxtiyar CƏFƏRLİ