ABŞ, Kanada, İsrail, eləcə də MDB ölkələrinin vətəndaşları bizim sanatoriya-kurort müalicə mərkəzlərinə müraciət edirlər.
Herbiand.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təşkil etdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Sahib Məmmədov bildirib ki, 2024-cü ildə xarici qonaqların sayı 12% artıb: “Sanator- kurort müalicə mərləzlərimizin yaxşılaşsırılması nəticəsində xarici qonaqların da marağı artıb”.
O həmçinin qeyd edib ki, ümumilikdə 2025-ci ildə 43 mindən çox yollayış verilib: “2024-cü il ilə müqayisədə yollayışların verilməsində 15%-ə yaxın artım var. Həftəsonu və bayram günlərində müasir istirahət mərkəzlərinə turlar təşkil olunur”.