UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Herbiand.az xəbər verir ki, “Road to Budapest 26” şüarı ilə keçirilən mərasimdə komandaların pley-offdakı potensial yolu müəyyənləşib. Püşkün nəticəsinə əsasən 1/8 finalda aşağıdakı cütlüklər formalaşıb:
1/8 final cütlükləri:
Paris – Chelsea
Qalatasaray – Liverpool
Real Madrid – Mançester Siti
Atalanta – Bayern Münhen
Nyukasl – Barselona
Atletiko – Tottenhem
Bodo/Qlimt – Sporting
Bayer Leverkuzen – Arsenal
Reqlamentə əsasən, 1/8 final mərhələsində cavab oyunları siyahıda ikinci göstərilən komandaların meydanında keçiriləcək.
Bu mərhələdən sonra qaliblər 1/4 finala yüksələcək və turnirin həlledici oyunlarına doğru mübarizə daha da gərginləşəcək. Avropanın aparıcı klublarının üz-üzə gələcəyi qarşılaşmalar futbol azarkeşlərinə maraqlı və prinsipial duel vəd edir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final oyunu 2026-cı ildə Budapeştdə keçiriləcək.
Yunis İsrəfilov