Bağdadın mərkəzində naməlum silahlı şəxslər tərəfindən amerikalı jurnalist qaçırılıb.
Herbiand.az xəbər verir ki, hadisə barədə İraq hakimiyyətinin məlumatına görə, insident çərşənbə axşamı axşam baş verib.
İraq Daxili İşlər Nazirliyi jurnalistin paytaxtın mərkəzi hissəsində qaçırıldığını bildirib. Təhlükəsizlik qüvvələri qaçıranları tapmaq və girovu azad etmək üçün əməliyyata başlayıb.
Amerikanın "Al-Monitor" nəşri qaçırılan qadının onların müstəqil müxbiri Şelli Kitlson olduğunu təsdiqləyib və onun dərhal azad edilməsinə çağırıb.
Jurnalistin "Kətaib Hizbullah" yaraqlıları trəfindən qaçırıldığı bildirilir. Bağdad polisi oğurluqda iştirak etdiyi güman edilən bir nəfəri saxlayıb.