ABŞ donanmasının istifadəsinə “Virciniya” sinifli “USS Massachusets” çoxməqsədli nüvə sualtı qayığı verilib.
Herbiand.az bildirir ki, sualtı qayıq Massaçusets ştatının adını daşıyan beşinci gəmidir.
Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulan “Virciniya” sinifli 25-ci sualtı qayıqdır. Uzunluğu 115 metr, suya enmə dərinliyi 500 metrdir. Heyət 14 zabit də daxil olmaqla 134 nəfərdən ibarətdir.
Sualtı qayıq 12 “Tomahawk” qanadlı raketi ata bilən şaquli buraxılış qurğuları ilə təchiz olunub. Həmçinin, 4 ədəd 533 mm-lik torpedo borusu ilə silahlanıb.
Bəxtiyar CƏFƏRLİ