Goa Shipyard Limited şirkəti Hindistan Hərbi Dəniz Qüvvələri üçün NGOPV “Shachi” aparıcı yeni nəsil patrul gəmisini suya buraxıb.
Herbiand.az bildirir ki, bununla yanaşı “Achal” sürətli patrul gəmisi Hindistan Sahil Mühafizəsinə təhvil verilib.
Yeni patrul gəmilər dəniz nəzarəti, sahil infrastrukturunun qorunması, piratçılığa qarşı əməliyyatlar və qaçaqmalçılığa qarşı mübarizə daxil olmaqla geniş missiyalar üçün nəzərdə tutulub. Uzunluğu 110 metrdir. Heyət 20 zabit də daxil olmaqla 150 nəfərdən ibarətdir.
Gəmi 76 mm-lik Oto Melara topu, 30 mm-lik AK-630 artilleriya sistemləri, qısa mənzilli hava hücumundan müdafiə sistemləri və 12,7 mm-lik pulemyotlarla silahlanıb. Göyərtəyə 15 tona qədər ağırlığında bir helikopter yerləşə bilər.
Bəxtiyar CƏFƏRLİ