Advertisment

Yaponiya ordusu iki yeni uzunmənzilli raket sistemini qəbul edib

Dünən Yaponiya Özünümüdafiə Qüvvələri adanın müdafiəsi üçün yerli istehsal olan iki uzunmənzilli raket sisteminin ilk əməliyyat yerləşdirilməsini elan edib.

Herbiand.az bildirir ki, təkmilləşdirilmiş “Tip-12” gəmi əleyhinə raketlərinin buraxılış qurğuları Kumamoto prefekturasındakı Kenqun hava bazasında, HVGP hipersəs sürüşmə sursatı isə Şidzuoka prefekturasındakı Fuji hava bazasında yerləşdirilib.

Yaponiya Özünümüdafiə Qüvvələri rəsmi olaraq yeni raket sistemlərinin yerləşdirilməsini “Yaponiya ətrafında getdikcə çətinləşən təhlükəsizlik mühitinə cavab olaraq” və Tokionun potensial düşmənlərə qarşı çəkindirmə qabiliyyətlərini artırdığını bildirib.

Bəxtiyar CƏFƏRLİ