Advertisment

Estoniya XİN rəhbəri Zelenskinin ofisinə dronlarla bağlı mesaj çatdırıb

Estoniya xarici işlər naziri Marqus Tsahkna Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanova Ukrayna dronlarının Estoniya hava məkanına girməməsi barədə mesaj çatdırıb.

Herbiand.az bildirir ki, bu barədə ERR teleradiokompaniyası xəbər verib.

“Mən Ukrayna dronlarının hava məkanımıza girməsinin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməsinin son dərəcə vacib olduğu barədə mesaj çatdırdım”, - kanal nazirin sözlərindən sitat gətirib.

Qeyd edək ki, mart ayı ərzində Ukrayna dronları bir neçə dəfə Estoniya ərazisinə daxil olub.

Bəxtiyar CƏFƏRLİ