Kanadanın Davie şirkəti Kvebek əyalətinin Levi şəhərindəki gəmiqayırma zavodunda yeni nəsil “Polar Max” buzqıran gəmisinin tikintisinə başlayıb.
Herbiand.az bildirir ki, 2023-cü ilin aprel ayında Davie şirkətinə Kanada Hökumətinin Milli Gəmiqayırma Strategiyası çərçivəsində tərəfdaş statusu verilib.
İlkin 8,5 milyard dollarlıq iş paketinə 7 ağır buzqıran gəminin və hibrid mühərrik sistemləri olan iki böyük bərənin çatdırılması daxildir.
Gəmi Kanadanın Arktikada il boyu daimi mövcudluğunu qoruyub saxlamasına imkan verəcək, həmçinin suverenlik əməliyyatlarını, elmi tədqiqatları, ətraf mühitin mühafizəsini və vacib təchizat missiyalarını dəstəkləməsi gözlənilir.
Uzunluğu 138,5 metr olan gəmi dizel-elektrik mühərrik sistemi ilə təchiz olunacaq. Heyət 100 nəfər təşkil edəcək.
Davie şirkətinin geniş milli təchizatçı şəbəkəsinə onlarla Kanada şirkətləri daxildir.
Bəxtiyar CƏFƏRLİ