Advertisment

Vətəndaşlar sülhü gözləniləndən daha güclü hiss edirlər – Paşinyan

İrəvanda və bölgələrdə vətəndaşlarla görüşlər zamanı sadə insnaların sülhü daha güclü hiss etdiklərini gördük.

Bu fikirləri Ermənistan parlamentinə çıxışı zamanı baş nazir Nikol Paşinyan bildirib.

Painyan bunun gözləntilərdən daha çox olduğunu vurğulayıb.

"Vətəndaşlar ilk növbədə psixoloji və mənəvi cəhətdən sülh hiss edirlər, çünki ölkədə sülh hökm sürür. Həmişə yaşadığımız əsəbilik, gərginlik və narahatlıq əvəzinə, indi sülh hiss edirik və düşünürəm ki, vətəndaşlar da intuitiv olaraq tibbi sığorta sisteminin, pensiya artımlarının və sairəsinin birbaşa deyil, dolayı yolla sülhlə əlaqəli olduğunu başa düşürlər".

Nikol Paşinyan bildirib ki, əgər hökumət sülhə inamı olmasaydı və yeni eskalasiya gözləsəydi, dərhal sosial xidmətlərə bu qədər pul ayırmazdı.

"Sülh iqtisadi artım üçün imkanlar yaradıb".