İrana qarşı blokadanı lazım olduğu qədər davam etdirəcəyik.
Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ABŞ ordusu blokadadan döyüş vəziyyətinə çox cəld və güclü şəkildə keçə bilər.
“Müharibə Nazirliyi İranın heç vaxt nüvə silahına sahib olmayacağını zəmanət altına alacaq. Biz bunu xoşluqla etmək istəyərik, zor gücünə də edə bilərik”, - Heqset əlavə edib.