Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri gələn il 13,77 mlrd. manata qədər arta bilər.
Herbiand.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Hökumətin gözləntilərinə görə, 2028-ci ildə Fondun gəlirləri 13,17 mlrd. manat, 2029-cu ildə 13,39 mlrd. manat, 2030-cu ildə isə 13,25 mlrd. manat təşkil edəcək.
Qeyd edək ki, 2026-cı ilin təsdiq edilmiş dövlət büdcəsində ARDNF-nin gəlirləri 13,03 mlrd. manat müəyyən edilib.