Əgər ABŞ və müttəfiqləri kosmosda Rusiyanın nüvə silahlarına qarşı təlimlər keçirirlərsə, Rusiyanı təhdid və ciddi rəqib kimi qəbul edirlər.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik lenta.ru-ya verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, qorxurlarsa, deməli, hörmət edirlər: “Ölkəmiz sərhədlərini qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”.
Kolesnikin sözlərinə görə, Qərb qlobal vəziyyəti təhlil etməli və düşmən hesab etdiyi ölkələrin müdafiə imkanlarını nəzərə almalıdır: “Hesab edirəm ki, ABŞ Rusiyaya qarşı təcavüzün nəticələrini başa düşür, nəticədə bu, onu kritik vəziyyətə salacaq və bütün mümkün vasitələrlə cavab verəcək”.
Bəxtiyar CƏFƏRLİ