Advertisment

ABŞ-ın müharibə naziri İranı təhdid edib: Gücümüzü yenidən toplayırıq

İranın hansı hərbi infrastrukturu hara köçürdüyünü bilirik.

Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

“Heç vaxt olmadığı qədər gücümüzü yenidən toplayırıq”, - Heqset bildirib.

Müharibə naziri İranı nəzərdə tutaraq, beynəlxalq sularda qanuni şəkildə hərəkət edən ticarət gəmilərinə raket və dronlarla hücum təhdidini “quldurluq” və “terrorizm” adlandırıb.

Heqset İranı ABŞ-la razılığa gəlməyə çağırıb, yoxsa hərbi əməliyyatları bərpa edəcəkləri ilə bağlı hədələyib.