Advertisment

Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib

Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.

Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist mübadiləsinin ümumi sayı 700 min nəfəri keçib.

“Rusiyadan Azərbaycana 500 mindən çox, Azərbaycandan Rusiyaya isə təxminən 200 min səfər reallaşıb”, - o qeyd edib.