Nikol Paşinyan təmir işlərini yoxlamaq üçün İrəvandakı soyqırım abidəsinə baş çəkib.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, kompleksdə fəaliyyət göstərən muzeyin işçiləri baş nazirlə görüşmk istəsələr də, görüş baş tutmayıb.
Paşinyan muzeyi ziyarət etməyib.
Məlumata görə muzeyin müxtəlif proqramların maliyyələşdirilməsini dayandırılıb. Əsaslandırma da belə olub ki, indi belə şeylərə vəsait yoxdur.
Əməkdaşlar bunla bağlı baş nazirə fikirlərini bildirmək istəyib. Onalr Paşinyanın muzeydə yaradılan "Kimlik, Yaddaş və Yaşamaq: Soyqırımı Zamanı Erməni Uşaqları" sərgisinin açılışına qatılacağını gözləsələr də, baş nazir bunu lazımlı hesab etməyib.