Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Herbiand.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Sahibə Qafarova ötən ay Asiya üçün Boao Forumunun illik konfransında iştirakını xatırladaraq, konfrans çərçivəsində Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lici ilə keçirdiyi görüşü parlamentlərarası əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib, aparılan danışıqlar zamanı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti barədə də məlumat verilib.
Görüşdə eyni zamanda vurğulanıb ki, müasir dövrdə kibertəhlükəsizlik ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir və bu sahə daim diqqət mərkəzində saxlanılmalıdır.
Cuan Junven ölkəsinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verdiyini bildirib. Son illər Çinin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verən nazir deyib ki, ölkəsi Azərbaycanla internet, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, süni intellekt və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırdır.
Azərbaycanda bu sahədə görülən işləri, habelə ölkə əhalisinin 90 faizdən artığının internetə əlçatanlığını yüksək qiymətləndirən qonaq bildirib ki, bu istiqamətdə əldə olunan nəticələr məmnunluq doğurur.
Söhbət zamanı tərəflər Azərbaycan ilə Çin arasında həqiqi dostluğa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bundan sonra da xalqların rifahı naminə bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.