Advertisment

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri açıqlanıb

2026-cı ilin birinci rübündə bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 494,6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 33,5 faiz artım deməkdir.

Herbiand.az bp-nin 2026-cı ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 205 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (55 şirkət üzrə) 134,5 milyon dollar xərcləyib. Bundan başqa, hesabat dövründə bp-nin 169 kiçik və orta müəssisə üzrə xərcləri 135,7 milyon dollar, 15 dövlət şirkəti üzrə xərcləri isə 19,6 milyon dollar təşkil edib.