Advertisment

Rusiya ordusu Ukraynanın kamikaze dron istehsalı müəssisəsini məhv edib

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Krım və Kubana hücumda istifadə etdiyi “Rubak” kamikaze dronları istehsal müəssisəsini tamamilə məhv edib.

Herbiand.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat verib.

Məlumata görə, yeraltı fabrik raket zərbəsi ilə dağıdılıb. Müəssisə üç böyük emalatxanadan ibarət olub və hamısı tamamilə məhv olub.

Bundan əlavə, Rusiya hərbçiləri Poltavadan 8 kilometr aralıda yerləşən aviabazaya hücum edib. Zərbələr nəticəsində 50 hərbçi həlak olub.

Bəxtiyar CƏFƏRLİ