Advertisment

Avropa Ukrayna danışıqlarına cəlb olunmalıdır – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Avropa Ukrayna üçün sülh danışıqlarına cəlb olunmalıdır.

Zelenskinin rəsmi saytının məlumatına görə, Ukrayna lideri bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı zamanı bildirib.

Söhbət zamanı siyasətçilər dialoq perspektivlərini ətraflı müzakirə ediblər. Zelenski bir sıra Avropa liderləri və Amerika tərəfi ilə son təmasları barədə məlumat verib.

"Biz yekdilliklə inanırıq ki, Avropa danışıqlara cəlb olunmalıdır. Bu prosesdə güclü səsə və iştiraka sahib olması vacibdir və Avropanı kimin təmsil edəcəyini müəyyən etmək lazımdır", - deyə Ukrayna lideri vurğulayıb.