Rusiyanın müdafiə naziri Andrey Belousov 423-cü alayın hərbçilərini Xarkov vilayətindəki Borovaya yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Sizi Borovaya yaşayış məntəqəsinin düşməndən azad edilməsi münasibətilə təbrik edirəm. Bu gün düşmən müdafiəsini yararaq və daha əlverişli mövqeləri tutaraq alayın hərbçiləri inamla irəliləyirlər. Siz Qələbəyə və xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün əhəmiyyətli bir addım atmısınız. Şübhəsiz ki, bundan sonra da uğurlar olacaq", - müdafiə nazirinin təbrik teleqramında bildirilir.
Belousov alayın şəxsi heyətinə və komandanlığına hərbi vəzifələrinə və andlarına sadiqliklərinə görə təşəkkür edib. Həmçinin, hərbçilərin bütün tapşırıqlarını şərəflə yerinə yetirməyə və Rusiya Federasiyasının milli maraqlarını etibarlı şəkildə müdafiə etməyə davam edəcəklərinə əminliyini bildirib.
Bəxtiyar CƏFƏRLİ