Advertisment

Paşinyan ölümlə hədələndi

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölümlə hədələndiyi video yayıəlıb.

Herbiand.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb.

Hazırda istintaq videoda olan şəxslərin kimiliyini araştırır.

Bu gün sosial şəbəkələrdə yayılan videoda avtomatlı şəxslər Ermənistan Nikol Paşinyanı ölümlə hədələyib.

Seçki kampaniyasıə aparan baş nazir bu təhdidə cavabında bildirib ki, onu təhdid edən şəxslər məsuliyyətə cəlb olunacaq.