Pakistan tərəfi İranın Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı yenidən işlənmiş təklifini ABŞ nümayəndələrinə çatdırıb.
Herbiand.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistan mənbəsinə istinadən məlumat yayıb.
Mənbə fikir ayrılıqlarını həll etmək üçün vaxta ehtiyac olub-olmayacağı ilə bağlı suala cavab olaraq bildirib və əlavə edib ki, hər iki ölkə "məqsədlərini dəyişməyə davam edir".
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei İran və ABŞ-ın Pakistan vasitəsilə sülh planı ilə bağlı şərh və təkliflər mübadiləsini davam etdirdiyini bildirib.
Mayın 17-də "Fars" xəbər agentliyi İranın ABŞ-a qarşı tələblərinə cavab olaraq Vaşinqtonun Tehrana ABŞ administrasiyasının iki ölkə arasındakı münaqişənin həlli prosesinin davam etməsi üçün zəruri hesab etdiyi beş şərt təqdim etdiyini bildirib.