Avropa İttifaqı və ABŞ İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin yayımladığı saxlanılan Fələstinpərəst fəalların videosuna görə İsraili qınadı.
Herbiand.az xəbər verir ki, nazirin sosial media platforması X-də paylaşdığı görüntülərdə Qəzza zolağına gedən və İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan Sumud humanitar donanmasının fəalları Aşdod limanında əlləri arxalarına bağlı və başları yerə əyilmiş şəkildə diz çökürlər. Ben-Qvirin əlində İsrail bayrağı tutaraq onların arasında gəzdiyi və ivrit dilində qışqırdığı videonun başlığında deyilir: "İsrailə xoş gəlmisiniz, burada biz ağalarıq".
Ben-Qvirin paylaşımındakı videonun başlığında isə deyilir: "Terrorizm tərəfdarlarını belə qarşılayırıq".