Advertisment

Rusiya ordusu raket buraxılışlarına hazırlıq məşqləri keçirib

Rusiya hərbi qulluqçuları nüvə qüvvələri təlimləri zamanı raket atışlarına hazırlığı məşq ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"Nüvə qüvvələri təliminin bir hissəsi olaraq Strateji Raket Qüvvələrinin, Şimal və Sakit okean donanmalarının, uzaq mənzilli aviasiyanın, Leninqrad və Mərkəzi Hərbi Dairələrinin birləşmələri və hərbi hissələri raket atışlarına hazırlıq təlimlərini başa çatdırıblar", - Nazirliyin açıqlamasında deyilir.

Bəxtiyar CƏFƏRLİ