Bahalı tutucu raketlərin çatışmazlığı fonunda Ukrayna getdikcə Rusiya dronlarını və raketlərini zərərsizləşdirmək və istiqamətləndirmək üçün elektron müharibə sistemlərinə daha çox üstünlük verir.
Herbiand.az xəbər verir ki, “Politico” nəşri bununla bağlı Ukraynanın müdafiə startapı “Cascade Systems” tərəfindən hazırlanmış Ukraynanın ən son elektron müharibə sistemi olan “Lima”nın tərtibatçılarından onun iş prinsiplərinbi öyrən9ib.
Ənənəvi hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, Lima peyk naviqasiya siqnallarını pozur və saxtalaşdırır. Bu sistem güclü maneə sahələri yaradır. Bu maneələr Rusiya raketlərinin kursundan yayınmasına səbəb olur.
Peyk siqnalları bloklanarsa, Rusiyanın uzaq mənzilli raketləri ətalət naviqasiya sistemlərindən istifadə edərək uçmağa davam edə bilər, lakin onların dəqiqliyi hər 100 kilometrə görə təxminən 2 kilometr sapa bilər və bu da hədəfə dəymə ehtimalını azaldır.
Bununla yanaşı ”Lima” aktiv olduqda, idarə olunan raketin sapması üçün saxta koordinatlar verir və raketləri hədəflərinə dəymək əvəzinə boş sahələrə düşməyə məcbur edə bilir.