Advertisment

Yaponiya donanması “Moqami” sinifli 9-cu freqatla güclənib

Yaponiyanın Mitsubishi Heavy Industries (MHI) gəmiqayırma şirkəti “Natori” adını alan “Moqami” sinifli 9-cu freqatı Yaponiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Herbiand.az bildirir ki, gəminin istismara verilməsi mərasimi 21 mayda baş tutub.

Yeni freqat Yaponiyanın şimal-şərqindəki Miyaqi prefekturasından axan Natori çayının adını daşıyır. Freqatın tikintisi 51,4 milyard yenə (323 milyon ABŞ dollar) başa gəlib.

“Moqami” sinifli freqatların uzunluğu 132,5 metr, eni 16,3 metrdir.

Bəxtiyar CƏFƏRLİ