Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ölkə hakimiyyətini təcili olaraq Rusiya ilə sülhə nail olmaq üçün yollar axtarmağa çağırıb.
Herbiand.az xəbər verir ki, deputat Rusiya Silahlı Qüvvələrinin intiqam adı ilə başlatdığı kütləvi cavab zərbəsinə münasibətində belə deyib.
"Müharibəni bitirmək lazımdır. Sülh, raketlər isə yox. Bunu dayandırmaq üçün hər şey etmək lazımdır", - Qonçarenko Telegram kanalında bildirib.
O qeyd edib ki, ölkə artıq raket zərbələrindən və hava hücumu sirenlərindən bezib: “İnsanlar normal həyat sürmək - işləmək, uşaq böyütmək və zirzəmilərdə gizlənməmək istəyirlər”.
Deputat vurğulayıb ki, hakimiyyət döyüşləri dayandırmaq və ukraynalıları normal həyat şəraitini qaytarmaq üçün mümkün olan hər şeyi etməlidir.
Radanın digər deputatı Maksim Bujanski də buna oxşar açıqlama verib: “Ukraynanın döyüşlərə son qoyulmasına çox ehtiyacı var. Və "ümidsizcəsinə" sözündə utandırıcı bir şey yoxdur”.
Bəxtiyar CƏFƏRLİ