Ermənistanın gələcək iqtisadi inteqrasiya yolunun seçim məsələsi açıq qalır.
Herbiand.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından ayrılarsa, İrəvanın hazırda istifadə etdiyi "güzəştli qaz qiymətləri" mövcud olmayacaq.
Peskov vurğulayıb ki, Moskva ilə İrəvan dialoqlarını davam etdirir və Ermənistanla təmaslar davam etdiriləcək.
Kremlin sözçüsü qeyd edib ki, Moskva Baş nazir Nikol Paşinyanın Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalarını eşidib.