Advertisment

Beş NATO ölkəsi baş katibibn Ukraynaya yardım təklifinə qarşı çıxıb

Bəzi NATO ölkələri Ukraynaya ÜDM-in 0,25%-nə bərabər illik məcburi hərbi yardım planını rədd ediblər.

Herbiand.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada alyansın baş katibinin təklif etdiyi təşəbbüsə qarşı çıxıblar.

Qəzet qeyd edir ki, Londonun mövqeyi onun Ukraynanın ən sadiq müttəfiqlərindən biri kimi statusunu şübhə altına ala bilər. Britaniya bu yaxınlarda Yaxın Şərqdəki münaqişə fonunda üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel yanacağı və kerosin idxalına qoyulan qadağanı dayandırıb. Böyük Britaniya Ukraynaya hərbi yardıma ÜDM-in 0,25%-dən az hissəsini xərcləsə də, ümumi yardımda ABŞ və Almaniyadan sonra üçüncü yerdədir.

Qəzet yazır ki, əsas tənqid dəfələrlə Ukraynaya edə biləcəyindən daha az yardım göstərməkdə ittiham olunan Fransa, İspaniya, İtaliya və Kanadaya yönəlib. İqtisadiyyatlarının böyüklüyünə baxmayaraq, onlar bir çox kiçik müttəfiqlərdən daha az yardım göstərirlər. Kiel Universitetinin hesablamalarına görə, Hollandiya, Polşa, Baltikyanı və Skandinaviya ölkələri buna ÜDM-in 0,25%-ni və ya daha çoxunu ayırırlar.

Mark Rutte məcburi yardım planının Kiyevə dəstəyin aşkar nümayişi olacağında israr etdi və təklifi blokun Türkiyənin paytaxtında keçiriləcək illik sammitində təsdiqləməyə ümid edir. Ən azı yeddi NATO ölkəsi bu ideyanı dəstəklədiyini bildirib, lakin onun qəbul edilməsi üçün yekdil dəstəyə ehtiyac var.