Advertisment

Fire Point-in baş direktoru: Əksər “Flaminqo”lar Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri tərəfindən vurulur

Rusiya Aerokosmik Qüvvələri Ukraynanın “Flaminqo” qanadlı raketləri üçün əsas təhlükədir.

Herbiand.az bildirir ki, bu barədə Ukraynanın Fire Point şirkətinin baş direktoru İrina Terex The War Zone-a verdiyi müsahibədə şikayətlənib.

O qeyd edib ki, raketlərin əksəriyyəti Rusiya təyyarələri tərəfindən tutulur.

Baş direktorun sözlərinə görə, “Flaminqo” raketləri hazırda AI-25 də daxil olmaqla beş növ mühərriklə təchiz olunub: ““Flaminqo” üçün vizual naviqasiya və "əlavə məlumat mənbələrindən" istifadə olunur”.

Bəxtiyar CƏFƏRLİ