Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etmək və təşkilata qayıtmaq niyyətində olmadığını açıqlayıb.
Paşinyan bu barədə parlamentdə çıxışı zamanı bildirib.
“Əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. Bilirəm ki, təşkilatda Ermənistanın gələcək statusu məsələsi müzakirə olunur. Əgər KTMT Ermənistanın təşkilatdan çıxarılması barədə qərar qəbul etsə, bundan məmnun olaram”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. İrəvan təşkilatı 2021–2022-ci illərdə Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.