Advertisment

Ali Radanın deputatı: Ukrayna Müdafiə Nazirliyi səfərbərlik üçün radikal tədbirlər hazırlayır

Ukrayna Müdafiə Nazirliyi səfərbərlik prosesinin bir hissəsi olaraq yeni, daha radikal tədbirlər tətbiq etməyi düşünür.

Herbiand.az bildirir ki, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik Komitəsinin katibi Roman Kostenko bu məlumatı yerli media ilə bölüşüb.

Parlament üzvü bu paketə hansı konkret qərarların daxil ola biləcəyini və ya onların nə vaxt baxılmaq üçün təqdim ediləcəyini dəqiqləşdirməyib: “Mümkün yeniliklərin konkret siyahısı hələ açıqlanmayıb. Ətraflı məlumat verməyəcəyəm. Düşünürəm ki, bunu sonra deyəcəklər. Amma bilirəm ki, irəliləyiş gedir”.

Bununla belə, Kostenko Ukraynanın hərbi və siyasi rəhbərliyinin mövcud səfərbərlik prosesinin bir hissəsi olaraq çağırış yaşının dəyişdirilməsini artıq müzakirə etdiyini təsdiqləyib. Lakin, o, qadınların, üç və ya daha çox uşağı olan valideynlərin səfərbərliyi ilə bağlı qərarların 2026-cı ilin sonuna qədər veriləcəyinə şübhə ilə yanaşdığını bildirib.

Bəxtiyar CƏFƏRLİ