Polşa tərəfindən Kiyevə təklif edilən MiQ-29 qırıcıları dərhal döyüş tapşırıqları üçün yerləşdirilə bilməz, onların əvvəlcə modernləşdirilməsi lazımdır.
Herbiand.az xəbər verir ki, bu barədə RMF FM-in efirində Ukraynanın Polşadakı səfiri Vasili Bodnar bildirib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyi hazırda məsələni araşdırır: “Təhlil göstərib ki, təyyarələr uçuşa yararlı olaraq qalır, lakin hazırkı vəziyyətində onlar əks-dron əməliyyatları və ya döyüşdə birbaşa iştirak üçün yararsızdır. Nə Varşava, nə də Kiyev lazımi iş üçün pul ödəməyə hazır deyil”.
Bodnar deyib ki, hər iki tərəf digər mənbələrdən maliyyələşdirmə tapmağa ümid edir.
Bəxtiyar CƏFƏRLİ