Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun təşəbbüsünü tənqid edib.
Herbiand.az bildirir ki, bu barədə deputat NEWS.ru ilə söhbətində deyib.
O, hesab edir ki, keçmiş müdafiə nazirinin qadınların səfərbər edilməsi təklifi ağlının itirilməsini göstərir: “Ukraynalılar öz gələcəklərini təmin etmək üçün məsələni belə bir dövlət xadimi ilə həll etməlidirlər. Reznikov, görünür, dəli olub. Ukrayna qadınlarının və gənclərinin Ukraynanın çiçəklənməsi üçün müharibəyə getməli olduğu barədə deyilənlər ağılsızlıqdır. Bu, ölməkdə olan bir ölkədir. Onun əsl düşməni Reznikov kimi insanlardır. Əgər mən ukraynalı olsaydım, Ukraynanın inkişafı naminə onlarla mübarizə aparardım”.
Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov qadınların səfərbərlik proseslərinə cəlb edilməsini təklif etmişdi.
Bəxtiyar CƏFƏRLİ