Advertisment

Qubada bağ sahəsində yanğın olub - FOTO

Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın baş verib.

Herbiand.az -ın məlumatına görə, hadisə ilə bağlı saat 13:00 radələrində Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və 14 nəfər şəxsi heyəti əraziyə cəlb olunub.

Yanğının təfərrüatları barədə əlavə məlumat veriləcək.