Ukrayna Hərbi Kəşfiyyatı Rusiyanın ilk dəfə olaraq Şimali Koreyadan KN-30 qısa mənzilli ballistik raketləri, həmçinin Hvasong-11C raketləri aldığını bildirib.
Herbiand.az Ukrayna mənbələrinə istinadən bildirir ki, Rusiya qüvvələri əvvəllər Şimali Koreyanın KN-23 və KN-24 raketlərindən istifadə edib.
Əgər Ukrayna kəşfiyyatının məlumatı doğru olarsa, Rusiya ilk dəfə KN-30 raketlərini Şimali Koreyadan hərbi yardımın bir hissəsi olaraq alıb. Kəşfiyyat hesab edir ki, raketlər çox güman ki, Ukrayna ərazisinə zərbələrdə istifadə olunacaq.
Bəxtiyar CƏFƏRLİ