Advertisment

“Bosniya qəssabı” Ratko Mladiç ölüb

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, “Bosniya qəssabı” Ratko Mladiç ölüb.

Bu barədə "Reuters" məlumat yayıb.

Mladiç Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 85 yaşında ölüb.

Qeyd edək ki, 16 il gizlənən Mladiç 2011-ci il mayın 26-da Serb kəndlərindən birində əsir götürülərək Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırım, insanlığa qarşı cinayətlər və müharibələrdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.

Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Serb qoşunlarının 1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərinə daxil olması ilə başlayan soyqırımında bir neçə gün ərzində 8372 bosniyalı mülki şəxs öldürülüb və onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.