“Admiralty gəmiqayırma zavodu”nda Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş altıncı Layihə 677 (kod adı "Lada") dizel-elektrik sualtı qayığın təməli qoyulub.
Herbiand.az bildirir ki, “Rubin” dizayn bürosu tərəfindən hazırlanmış sualtı qayığa Kaluga bölgəsindəki hərbi şöhrət şəhərinin şərəfinə "Maloyaroslavets" adı verilib.
Sualtı qayığının uzunluğu 66,8 metr, eni 7,1 metrdir. Suya enmə dərinliyi 300 metrə qədər, davamlılığı 45 gündür. Şəxsi heyət 36 nəfərdən ibarətdir. Qayıq “Kalibr” qanadlı raketlərini də ata bilən altı 533 mm-lik torpedo boruları ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ